Описание
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ NAMİNƏ
DEMOKRATİK TALIŞ BİRLİYİnin (ADN DTB) M Ə R A M N A M ƏSİ:
- Talış xalqının folklorunu, adət-ənənələrini, mahnılarını, nəğmələrini, musiqisini və digər özünəməxsus mədəniyyət nümunələrini qoruyub hifs etmək və onun inkişafına nail olmaq;
- məktəblərdə Talış dilinin professional səviyyədə tədris olunması üçün əməli səylər göstərmək;
- Talış tarixinin, etnoqrafiyasının, toponimlərinin, oykonimlərinin, yerüstü, yeraltı abidələri və klassik xalq sənətkarlıq nümunələrinin dərindən araşdırılıb öyrənilməsi üçün AR MEA- na müraciətlər etmək, onların bərpasına, təbliğinə nail olmaq;
- Talış milli-mədəni irsinin öyrənilməsi ilə bağlı (xeyriyyəçilərin və mesenatların dəstəyi ilə) elmi-kütləvi, sənədli-xronikal və bədii filmlərin çəkilişlərini təşkil etmək. Dövlətimizin, habelə xalqını sevən iş adamlarının köməyi ilə yerlərdə Talış və Azərbaycan dillərində yayımlanan regional radio və televiziya studiyalarının açılışına nail olmaq;
- yaxın keçmişdə qalmış Talış uzunömürlülüyün sirrini arayıb ortaya çıxartmaq, ciddi və elmi şəkildə bu həyat tərzinin təbliği-təşviqi ilə məşğul olmaq;
- Talış dili, mədəniyyəti, folkloru, tarixi, ədəbiyyatı və dini inancları ilə məşğul olan alimlərə, azad fikirli ziyalılara dəstək olmaq, onlara qarşı yönələn hər hansı ədalətsizliyə və qeyri-qanuni hərəkətlərə qarşı AR Konstitusiyasında təsbit edilmiş hüquq və qanunlar çərçivəsində təpki göstərmək;
- Talış xalqının milli mənliyini diskriminasiya edib, öz milli kimliyindən imtina etməsi istiqamətində hesablanmış riyakar addımlara kəskin etiraz bildirərək, bunun içtimai rəydə qınanmasına nail olmaq;
- AR Konstitusiyasını, ərazi bütövlüyünü, dövlətçiliyini, vətəndaş cəmiyyəti quruculuğunu uca tutub dəstəkləyən ictimai-siyasi təşkilatların və mütərəqqi mövqeyli dini qürumların tədbirlərində fəal iştirak etmək;
- özünün həftəlik mətbu orqanını Talış və Azərbaycan dillərində təsis və nəşr etmək.
Təsisçilər: 1. Səfərov Mehdibəy Mahmudəli oğlu
2. Quliyev Eldəniz Cümşüd oğlu
20 noyabr 2012-ci il